Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80494
az

Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətə verilə bilməz - HÜQUQİ YARDIM

12:5210 Yanvar, 2023
79
KRİMİNAL
  • A

Oxu24.com oxuculara hüquqi  yardımını davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu Cinayət törətmiş şəxslərin verilməsi -ekstradisiyası ilə bağlıdır.

 

Cinayət Məcəlləsinin  13.1. maddəsində   qeyd  edilir   ki, xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətə verilə bilməz.

 

Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi bu Məcəllənin 12-ci maddəsinə müvafiq qaydada həll edilir.

 

13.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş və Azərbaycan Respublikasında olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayət məsuliyyətinə cəlb edilməsi yaxud təyin edilmiş cəzanın icrası üçün "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətə verilə bilərlər. 

13.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş şəxslər xarici dövlətə verilmirsə və həmin əməl (hərəkət və ya hərəkətsizlik) bu Məcəlləyə əsasən cinayət sayılırsa, onlar Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilirlər.

 

13.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə cinayət törətmiş şəxslərin verilməsinə dair digər müddəalar müəyyən olunduqda, beynəlxalq müqavilələr tətbiq edilir.

 

Hazırladı: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü
Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü