Qaynar xətt:

(+99450) 247 90 86

Ova gedən şəxs ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb

Ova gedən şəxs ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb

KRİMİNAL

288

09.01.2023, 23:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ova gedən şəxs ehtiyatsızlıqdan açılmış atəş nəticəsində öldü.

OXU24.COM  bu barədə Biləsuvar rayon prokurorluğuna istinadən xəbər verir.

Yanvarın 9-u Biləsuvar rayon sakini, 1967-ci il təvəllüdlü Zakir Tağıyevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olmuşdur.

İlkin araşdırma zamanı Zakir Tağıyevin 09 yanvar saat 16 radələrində 3 nəfərlə birgə Biləsuvar rayonunda yerləşən "Şəhriyar" adlı əraziyə ova getməsi və həmin vaxt orada olan şəxslərdən biri tərəfindən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.