Qaynar xətt:

(+99450) 247 90 86

Ağstafada üç bacı dəm qazından zəhərlənib

Ağstafada üç bacı dəm qazından zəhərlənib

KRİMİNAL

335

05.01.2023, 09:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağstafada üç bacı dəm qazından zəhərlənib.

"Report"un əldə etdiyi məlumata görə, hadisə yanvarın 4-də rayonun Həsənsu kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakinləri olan bacılar - Məmmədova Nərmin Rasim qızı, Məmmədova Zeynəb Rasim qızı və Məmmədli Fatimə Rasim qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Daha sonra rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb, həmin şəxslər məhkəmə-tibbi ekspertizadan keçiriliblər.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.