Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda mağazadan 16 min manat və 5 min dollarlıq oğurluq edilib

Sumqayıtda mağazadan 16 min manat və 5 min dollarlıq oğurluq edilib

KRİMİNAL

398

30.12.2022, 10:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıtda mağazadan 16 min manat və 5 min dollarlıq oğurluq edilib.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhəri ərazisindəki mənzillərin birindən 15 min manat, 5 min ABŞ dolları və min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Talib İsgəndərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.