Qaynar xətt:

(+99450) 247 90 86

Zaqatala sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Zaqatala sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb

KRİMİNAL

313

26.12.2022, 22:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün axşam saatlarında Zaqatala rayonunun Lahıc kəndindəki meşəlik ərazidə kənd sakini, 1994-cü il təvəllüdlü Cavidan Muradovun ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, hadisə yerinə və meyitə polis, eləcə də prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib.

İlkin araşdırma zamanı C.Muradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində silahdan açılan atəşdən öldüyü müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.