Qaynar xətt:

(+99450) 247 90 86

Eşşək ətini keçi əti adı ilə satan şəxs tutuldu

Eşşək ətini keçi əti adı ilə satan şəxs tutuldu

KRİMİNAL

624

23.12.2022, 12:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sabirabadda uzunqulaq əti satılmasının qarşısı alınıb Sabirabad rayonunda 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunub.
Bu barədə Oxu24.com-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb. Araşdırmalarla T.Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub.