Qaynar xətt:

(+99450) 247 90 86

Ağcabədidə kafedə qumar oynayanlar cəzalandırılıb

Ağcabədidə kafedə qumar oynayanlar cəzalandırılıb

KRİMİNAL

385

23.12.2022, 09:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ağcabədi rayonunda kafedə qumar oyunlarında iştirak edən şəxslər cəzalandırılıb.
Bu barədə Oxu24.com-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Belə ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində rayon ərazisində yerləşən kafelərin birində qumar oyunlarında iştirak edən 4 nəfər müəyyən edilib.
Bundan başqa keçirilmiş digər bir tədbirlə özünə məxsus marketdə pirotexniki məmulatlar satan şəxs də müəyyən edilib. Həmin şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.