Qaynar xətt:

(+99450) 247 90 86

Tərtərdə evdən oğurluq edən şəxslər saxlanılıb

Tərtərdə evdən oğurluq edən şəxslər saxlanılıb

KRİMİNAL

302

21.12.2022, 10:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tərtərdə fərdi yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə  DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəlcədən əlbir olaraq oğurluq əməli törətməkdə şübhəli bilinən rayon sakinləri Şəhriyar Səlimzadə və Nicat Əliyev saxlanılıblar.

Onların fərdi yaşayış evindən məişət əşyası oğurladıqları müəyyən edilib.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.