Qaynar xətt:

(+99450) 247 90 86

Kəlbəcərdə şirkətə məxsus yük avtomobili qaçırılıb

Kəlbəcərdə şirkətə məxsus yük avtomobili qaçırılıb

KRİMİNAL

400

15.12.2022, 11:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kəlbəcər rayonunda şirkətə məxsus yük avtomobili qaçırılıb.

Bu barədə  Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində inşaat şirkətinə məxsus “HOWO” markalı yük avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.

Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən orada sürücü işləyən - Goranboy rayon sakini Elçin İsmayılov saxlanılıb.

Avtomobil şirkətə təhvil verilib.

Araşdırma aparılır.