Şəmkirdə 30 yaşlı kişi toydan sonra bıçaqlandı
13 Oktyabr 2026, 00:38
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
314
12.12.2022, 21:37
Əsgərlikdə olduğu vaxt hərbi xidmətdən yayınaraq Bakının mərkəzində avtoxuliqanlıq edən Əziz Məlikovun məhkəməsi yekunlaşıb.
“Qafqazinfo”nun məlumatına görə, bu gün Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda ona hökm oxunub. Hökmə əsasən, Əziz Məlikova 6 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası verilib. Belə ki, o, xidmət müddətindən əlavə olaraq 6 ay hərbi hissədə saxlanılacaq.
Xatırladaq ki, bu ilin mayında sosial şəbəkələrdə Əziz Məlikov Soltanpaşa oğlunun Bakıda avtoşluq etməsi ilə bağlı görüntülər yayılmışdı. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, həmin vaxt faktiki olaraq hərbi xidmətdədir. DYP-nin yaydığı məlumatda qeyd olunmuşdu ki, Nəsimi rayonu Cavadxan küçəsində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb. Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən edilib və barəsində cinayət işi başlanaraq həbs olunub.
Qeyd edək ki, Əziz Məlikovun atası Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. O, bölgədə böyük təsərrüfat sahibi kimi tanınır.
03:05 / 13 Oktyabr 2026
687
01:20 / 13 Oktyabr 2026
148
00:44 / 13 Oktyabr 2026
1542
00:38 / 13 Oktyabr 2026
226
00:35 / 13 Oktyabr 2026
1215
00:33 / 13 Oktyabr 2026
165
00:13 / 13 Oktyabr 2026
205
00:08 / 13 Oktyabr 2026
458
00:07 / 13 Oktyabr 2026
289
00:05 / 13 Oktyabr 2026
237
23:56 / 12 Oktyabr 2026
127
23:49 / 12 Oktyabr 2026
272
23:46 / 12 Oktyabr 2026
1218
23:32 / 12 Oktyabr 2026
161
23:25 / 12 Oktyabr 2026
145
23:17 / 12 Oktyabr 2026
394
23:16 / 12 Oktyabr 2026
157
23:14 / 12 Oktyabr 2026
272
23:04 / 12 Oktyabr 2026
108
23:04 / 12 Oktyabr 2026
1506
23:01 / 12 Oktyabr 2026
167
22:54 / 12 Oktyabr 2026
167
22:43 / 12 Oktyabr 2026
179
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.