Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycandan tranzitlə Türkiyəyə narkotikin keçirilməsinin qarşısı alınıb

Azərbaycandan tranzitlə Türkiyəyə narkotikin keçirilməsinin qarşısı alınıb

KRİMİNAL

311

09.12.2022, 11:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə aparılan xurma yükündə metamfetamin aşkar edilib.
Bu barədə Oxu24.com-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postunda xurma yükü aparan “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi xidməti itin tətbiqi ilə yoxlamaya cəlb olunub.
Yoxlama zamanı yük avtomobilinin kabinində gümüşü rəngli falqaya bükülmüş sellofan paketin içərisində, təmiz çəkisi 14,757 qram olan psixotrop maddə-metamfetamin aşkarlanıb. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.