Qaynar xətt:

(+99450) 247 90 86

Xırdalanda avtomobilə atəş açan şəxslə bağlı cinayət işi başlanılıb

Xırdalanda avtomobilə atəş açan şəxslə bağlı cinayət işi başlanılıb

KRİMİNAL

291

09.12.2022, 09:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Xırdalanda avtomobilə atəş açılması ilə bağlı cinayət işi başlanılıb.
Oxu24.com xəbər verir ki, 1994-cü il təvəllüdlü Osmanlı Səlcuq Tofiq oğlu istintaqa məlum olmayan mənbədən nömrəsi silinmiş, "Makarov" tipli tapança ilə noyabrın 30-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Turabov küçəsinin ərazisində Əliyev Səbuhi Camal oğlunun idarə etdiyi "Toyota Prius" markalı, 99-ST-608 dövlət qeydiyyat nişanlı avtomobilə 4 dəfə atəş açıb. Daha sonra S.Osmanlı saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (Qanunsuz silah saxlama) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.