Qaynar xətt:

(+99450) 247 90 86

Narkotik qəbul edib avtobus sürən şəxs tutuldu - Bakı-Sumqayıt yolunda

Narkotik qəbul edib avtobus sürən şəxs tutuldu - Bakı-Sumqayıt yolunda

KRİMİNAL

362

08.12.2022, 17:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı-Sumqayıt yolunda narkotik vasitənin təsir altında marşrut xətti üzrə avtobus idarə edən şəxs saxlanılıb.

Oxu24.com  Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, Ekoloji Nəzarət Bölüyünün əməkdaşları narkotik maddənin təsiri altında avtobus idarə edən Həzrətquliyev Kənan Aftandil oğlunu saxlayıb. “İSUZU” markalı, 90-TV-781 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün sənədləri yoxlanılarkən sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı K.Həzrətquliyev narkotik maddə qəbul etməsi müəyyən edilib.

K.Həzrətquliyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.