Fuad İbrahimov hadisələrə görə həbs edilib — YENİ VİDEO YAYILDI
13 Oktyabr 2026, 16:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
313
08.12.2022, 09:08
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı şəhər ərazisində yerləşən obyektlərdən oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, şəhər ərazisində yerləşən mağazaların birindən dəyəri 800 manatdan artıq olan spirtli içkilər oğurlanması, orada olan ödəmə terminalına zərər yetirilməsi və obyektin yandırılmasına cəhd edilməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Tehran Həsənov tutulub. Həmin şəxs ifadəsində oğurladıqlarını satdığını və hadisəni törədərkən iz itirmək məqsədilə mağazanı yandırmaq istədiyini bildirib. Araşdırma zamanı T.Həsənovun obyekt sahibinə məxsus ümumvətəndaşlıq pasportunu, eləcə də bəzi əşyaları yandırdığı məlum olub.
İstintaq zamanı keçmiş məhkumun daha bir cinayət əməlinin də üstü açılıb. Belə ki, onun rayon sakini Yaqub Məmmədovla birlikdə şəhər ərazisində yerləşən köşkdən də lotereya, tütün məmulatları və pul oğurladıqları müəyyən edilib. Oğurluqda əlbir olan dostlardan digəri - Yaqub Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
00:30 / 14 Oktyabr 2026
395
00:28 / 14 Oktyabr 2026
192
00:11 / 14 Oktyabr 2026
172
00:09 / 14 Oktyabr 2026
99
23:55 / 13 Oktyabr 2026
198
23:55 / 13 Oktyabr 2026
85
23:55 / 13 Oktyabr 2026
97
23:54 / 13 Oktyabr 2026
96
23:43 / 13 Oktyabr 2026
87
23:41 / 13 Oktyabr 2026
125
23:33 / 13 Oktyabr 2026
90
23:24 / 13 Oktyabr 2026
471
23:15 / 13 Oktyabr 2026
168
23:02 / 13 Oktyabr 2026
262
22:57 / 13 Oktyabr 2026
114
22:49 / 13 Oktyabr 2026
231
22:47 / 13 Oktyabr 2026
138
22:43 / 13 Oktyabr 2026
108
22:25 / 13 Oktyabr 2026
746
22:19 / 13 Oktyabr 2026
498
22:18 / 13 Oktyabr 2026
101
22:10 / 13 Oktyabr 2026
383
22:02 / 13 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.