Qaynar xətt:

(+99450) 247 90 86

Ər hamilə arvadını döydü, yarımçıq doğulan uşaq öldü

Ər hamilə arvadını döydü, yarımçıq doğulan uşaq öldü

KRİMİNAL

430

05.12.2022, 14:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabirabad rayonunda əri tərəfindən döyülən hamilə qadın erkən doğuş həyata keçirib. 

OXU24.COM "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə rayonun Axtaçı-Muğan kəndində baş verib.

Həmin kənddə yaşayan və hamiləliyin 30-cu həftəsində olan 2001-ci il təvəllüdlü A.H. noyabrın 28-də axşam saatlarında əri Vüsal Hüseynov tərəfindən döyülüb. Nəticədə qadın aldığı xəsarətlər səbəbindən bir neçə saat sonra yarımçıq qız uşağı dünyaya gətirib. Vaxtından qabaq doğulan körpə dekabrın 4-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.