Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77959
az

Xaçmazda sağlamlıq mərkəzi və evlərdən 22 000 manatlıq oğurluq edilib

11:3303 Dekabr, 2022
162
KRİMİNAL
  • A
Xaçmazda sağlamlıq mərkəzi və evlərdən 22 000 manatlıq oğurluq edilib. Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakini Cəlal Cəfərov saxlanılıb. Həmin şəxs əvvəlcə rayon ərazisində fəaliyyət göstərən sağlamlıq mərkəzindən ümumi dəyəri 10 000 manat edən müxtəlif növ dəmir borular, təmir-tikinti alətləri, dam örtükləri və elektrik avadanlıqlarını oğurlayıb. Bundan başqa, Cəlal Cəfərov gizli talama məqsədi ilə fərdi yaşayış evinə girərək oradan ümumi dəyəri 10 200 manat dəyərində olan musiqi aləti, xalçalar, qızıl-zinət əşyası, su qızdırıcısı və s oğurlayıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Ramil Sultanov saxlanılıb. Həmin şəxs özgənin əmlakını gizli talamaq məqsədi ilə fərdi yaşayış evinə girərək oradan ümumi dəyəri 1890 manat dəyərində müxtəlif növ məişət əşyaları oğurlayıb. Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda kişi avtomobildə yanaraq ölüb
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb
Faciəli şəkildə öldü

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb