Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda toyda dəhşət: İçən kişi xəstəxanalıq oldu

Bakıda toyda dəhşət: İçən kişi xəstəxanalıq oldu

KRİMİNAL

287

23.11.2022, 10:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Nizami rayonunda yerləşən şadlıq saraylarının birində bədbəxt hadisə baş verib.

Oxu24.com-un məlumatına görə, sərxoş olan 1987-ci il təvəllüdlü Umudov Bəhruz Rasim oğlu şadlıq sarayının 3-mərtəbəsinin eyvanında məcərlərə söykənib. Lakin məcərlər qırılıb və nəticədə B. Umudov yerə yıxılıb.

Ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzikləri və kəllə sümüyünün sınıqları diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə:report