Qaynar xətt:

(+99450) 247 90 86

`Oteldə bomba var` deyən şəxs dəlixanaya göndərildi

KRİMİNAL

1185

29.03.2018, 15:47

\"\" Yeni il günü paytaxtda bomba partlayışı olacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən 25 yaşlı Elmar Qasımovun məhkəmə davam edib. Oxu24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının hökmünə əsasən, Elmar Qasımov 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi xarakterli tibbi müayinə keçəcək. Qeyd edək ki, yanvarın 2-də saat 21.40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib. Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı Elmar Qasımov müəyyən edilərək saxlanılıb.