Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda əcnəbi vətəndaşın telefonu oğurlanıb

Bakıda əcnəbi vətəndaşın telefonu oğurlanıb

KRİMİNAL

371

18.11.2022, 13:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda əcnəbi vətəndaşın mobil telefonu oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bir əcnəbi vətəndaşın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Hüseyn Quliyev saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini olan bir qadının içərisində bank kartları olan cüzdanını oğurlaması və hesabından 242 manatını çıxarması da müəyyən olunub. Miri Məcidli