Qələndər Muradov qətlə yetirilib
16 Oktyabr 2026, 14:22
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
330
16.11.2022, 23:38
23:01
Xəbər verdiyimiz kimi, bu gün Xırdalanda partlayış baş verib.
TƏBİB-dən OXU24.COM-a verilən məlumata görə, yaralanan 1 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Belə ki, 2000-ci təvəllüdlü Novruzova Bahar Saleh qızı III dərəcəli termiki yanıq ilə vəziyyəti ağır hesab olunur.
Şükürova Mələk Cavid qızı (7 yaş), Şükürova Dəniz Cavid qızı (4 yaş), Şükürov Ömər Cavid oğlu (1 yaş) II-III dərəcəli termiki yanığı ilə vəziyyətləri orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib.
----------
22:51
Abşeron rayonu, Xırdalanda yaşayış binasında partlayış zamanı 4 nəfər xəsarət alıb.
hadisə zamanı ana və 3 övladı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, hadisə çoxmərtəbəli yaşayış binasında baş verib.
-----------
22:23
Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayışla bağlı məlumat yayıb.
Nazirlikdən OXU24.COM -a verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
---------
22:10
Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı iki nəfər Yanıq Mərkəzinə yerləşdirilib.
21:27
Xırdalanda partlayış baş verib.
OXU24.COM xəbər verir ki, hadisə "AAAF" parkda yerləşən binadakı mənzillərin birində olub.
İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.
Əldə olunan məlumata görə, hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlar xəstəxanaya aparılıblar.
Partlayışın təsirindən divar həyətə aşıb. Nəticədə parklanma vəziyyətində olan maşınlara ciddi ziyan dəyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, partlayışla bağlı "112" xidmətinə məlumat daxil olub.
Yanğından Mühafizə Bölmələri və Xüsusi riskli Xilasetmə Qüvvələri əraziyə cəlb edilib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

14:45 / 16 Oktyabr 2026
18
14:41 / 16 Oktyabr 2026
42
14:24 / 16 Oktyabr 2026
91
14:22 / 16 Oktyabr 2026
61
14:17 / 16 Oktyabr 2026
60
14:11 / 16 Oktyabr 2026
307
14:06 / 16 Oktyabr 2026
61
14:05 / 16 Oktyabr 2026
66
14:04 / 16 Oktyabr 2026
53
13:45 / 16 Oktyabr 2026
76
13:22 / 16 Oktyabr 2026
69
13:18 / 16 Oktyabr 2026
88
13:07 / 16 Oktyabr 2026
94
13:04 / 16 Oktyabr 2026
106
13:01 / 16 Oktyabr 2026
63
12:56 / 16 Oktyabr 2026
1399
12:53 / 16 Oktyabr 2026
62
12:46 / 16 Oktyabr 2026
83
12:37 / 16 Oktyabr 2026
88
12:32 / 16 Oktyabr 2026
74
12:30 / 16 Oktyabr 2026
67
12:28 / 16 Oktyabr 2026
479
12:25 / 16 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.