Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda körpənin ehtiyatsızlıqdan öldürülməsi ilə bağlı cinayət işi başlanılıb

Bakıda körpənin ehtiyatsızlıqdan öldürülməsi ilə bağlı cinayət işi başlanılıb

KRİMİNAL

318

15.11.2022, 15:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda körpənin ehtiyatsızlıqdan öldürülməsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Oxu24.com-a Yasamal Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, bu il iyulun 26-da “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu” Publik Hüquqi Şəxsin doğum şöbəsində anadan olmuş uşağın ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım göstərilsə də, yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına səbəb olan infeksion yoluxma baş vermiş və nəticədə uşaq ölüb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.