Qaynar xətt:

(+99450) 247 90 86

Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıb

Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıb

KRİMİNAL

314

15.11.2022, 16:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər saxlanılıb.

Bu barədə  Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri - F.Quliyev və Ü.Həsənovun Salmanbəyli kəndi ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və ovladıqları çöl heyvanları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.