Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda yol qəzasında sürücünün beli sınıb

Bakıda yol qəzasında sürücünün beli sınıb

KRİMİNAL

295

13.11.2022, 09:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda yol qəzasında sürücünün beli sınıb Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Türkan qəsəbəsində 1976-cı il təvəllüdlü Əliyev Natiq Məcid oğluna məxsus avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.
Ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı N. Əliyevə bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.