Ramiz Mehdiyevin kürəkənindən ŞOK ADDIM -FOTO
16 Oktyabr 2026, 22:35
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
4254
10.11.2022, 23:08
Qətlə yetirilmiş narkobaron Rəşad Dağlını “tavana” otuzdurub 3000 manat almaq istəyirmiş. Qətlin yeni təfərrüatı üzə çıxıb.
Oxu24.com xəbər verir ki, Rəşad Dağlı və qətlə yetirilən İskəndər Mehdiyev arasında münaqişəyə narkotik satanlarla bağlı meyxananın, daha dəqiqi, bu meyxanaya görə ikincinin söyüş söyməsinin səbəb olduğu bildirilsə də, əslində onların arasında münasibətlər bu olaya qədər gərginləşib.
Məlumatlı mənbənin bildirdiyinə görə, uzun illərdir dostluq edən Rəşad və İskəndərin münasibəti pul məsələsinə görə korlanıb. Belə ki, qətldən bir neçə gün öncə İskəndər Rəşaddan 3 min manat pul istəyib. Hətta İskəndərin bu istəyini xahiş yox, tələb kimi irəli sürdüyü və son günlər bu tələbi bir neçə dəfə səsləndirdiyi bildirilir. Rəşadın ona hər dəfə “yox” cavabı verməsi isə İskəndərin xoşuna gəlməyib.
“Pressklub”a danışan mənbə onu da bildirdi ki, bundan sonra İskəndər Rəşadın narkotik satanlarla bağlı meyxanasına “ilişib” və onun ünvanına söyüş söyub. Bu isə Rəşadı təbdən çıxaran “son damla” olub və o, İskəndəri qətlə yetirib.
Qeyd edək ki, bu hadisədən sonra tərəflər münasibətlərini aydınlaşdırmaq üçün görüşüblər. Aralarında yaranan mübahisə zamanı Rəşad İskəndərin müxtəlif bədən nahiyəsinə 14 bıçaq zərbəsi vurub. Nəticədə o, ölüb. Qətli törədən Rəşad Dağlı isə könüllü Yasamal polisinə gələrək təslim olub.
Xatırladaq ki, İskəndər Mehtiyev 15 gün əvvəl həbsdən çıxıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunaraq, həbs edilib.
İ.Mehdiyevin digər məşhur meyxana ustası Ələkbər Yasamallının dayısı oğlu olduğu bildirilir.
Hazırda onun qətli ilə bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
00:27 / 17 Oktyabr 2026
54
00:12 / 17 Oktyabr 2026
57
23:58 / 16 Oktyabr 2026
69
23:49 / 16 Oktyabr 2026
89
23:42 / 16 Oktyabr 2026
71
23:42 / 16 Oktyabr 2026
107
23:29 / 16 Oktyabr 2026
348
23:22 / 16 Oktyabr 2026
64
23:08 / 16 Oktyabr 2026
72
23:06 / 16 Oktyabr 2026
321
23:01 / 16 Oktyabr 2026
82
23:00 / 16 Oktyabr 2026
67
22:55 / 16 Oktyabr 2026
218
22:52 / 16 Oktyabr 2026
66
22:45 / 16 Oktyabr 2026
72
22:35 / 16 Oktyabr 2026
555
22:25 / 16 Oktyabr 2026
86
22:14 / 16 Oktyabr 2026
74
22:11 / 16 Oktyabr 2026
69
22:08 / 16 Oktyabr 2026
75
21:50 / 16 Oktyabr 2026
105
21:18 / 16 Oktyabr 2026
98
21:16 / 16 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.