Qaynar xətt:

(+99450) 247 90 86

Rəşad Dağlı kimi öldürməkdə şübhəli bilinir? - Yeni detallar

Rəşad Dağlı kimi öldürməkdə şübhəli bilinir? - Yeni detallar

KRİMİNAL

615

09.11.2022, 10:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.

 

Oxu24.com  xəbər veriri ki,  meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada imiş və azadlığa yeni çıxıbmış.

 

Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasıyca söyüş söyməsi səbəb olub.

 

Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və bu gün səhər saat 05 radələrində hər iki şəxs yaşadıqları Lökbatan qəsəbəsində görüşüblər.

 

Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb. 

 

Hadisəni törədən 1984-cü il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılıb. Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.

 

Qafqazinfo.az