Şəmkir rayon sakini Hüseyn Alıyev Kəpəz Rayon Polis İdarəsinə müraciət edərək Dəliməmmədli Dəmir Yolu Stansiyası ərazisində cibindən bankomat kartının oğurlandığını və Xaçmaz rayonu ərazisində həmin kartdakı hesabından 405 manat pulun çıxarıldığını bildirib.
DİN-dən Oxu24.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən müvafiq əməliyyat tədbirləri həyata keçirilib. Oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun Samux rayon sakini İbrahim Məmmədov olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.
Oxu24.com
ŞƏRHLƏR