Qaynar xətt:

(+99450) 247 90 86

Ata öldü,oğul yaralandı

Ata öldü,oğul yaralandı

KRİMİNAL

280

07.11.2022, 09:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tovuz şəhərində bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" markalı avtomobil şəhər arası xətt üzrə çalışan mikroavtobusla toqquşub.

Qəza nəticəsində 1976-cı il təvəllüdlü Alıyev Asif Mansır oğlu hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 2001-ci il təvəllüdlü Alıyev Mansır Asif oğlu və 1981-ci il təvəllüdlü İsgəndərov Bayram Mayıl oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.