Qaynar xətt:

(+99450) 247 90 86

Piyadanı maşın vurub qaçdı, 6 gün sonra öldü

Piyadanı maşın vurub qaçdı, 6 gün sonra öldü

KRİMİNAL

490

05.11.2022, 19:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağstafada avtomobil piyadanı vurub.

Hadisə oktyabrın 30-u Köçəsgər-Ağstafa yolunun Eynallı kəndindən keçən hissəsində qeydə alınıb. Kabıyev Elmar Səməddin oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə piyada Məmmədov Rasim Kərəm oğlunu vuraraq, hadisə yerindən qaçıb.

Yaralı ağır xəsarətlərlə Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, o, noyabrın 4-də xəstəxanda vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.