Qaynar xətt:

(+99450) 247 90 86

Quba sakinində külli miqdarda narkotik vasitə aşkarlanıb

Quba sakinində külli miqdarda narkotik vasitə aşkarlanıb

KRİMİNAL

327

05.11.2022, 15:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayon sakinində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  Oxu24.com-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Nazim Əzizov saxlanılıb. Həmin şəxsin üzərinə və özünə məxsus evə baxış keçirilən zaman ümumi çəkisi 766 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Nazim Əzizovun barəsində həbs qətimkan tədbiri seçilib.