Bərdə xəstəxanasında dəhşətli olay: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, hüquq-mühafizə orqanları hərəkətə keçdi
17 Oktyabr 2026, 18:45
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1010
02.11.2022, 19:41
İki ay əvvəl Lənkəranda intihar edən tanınmış stomatoloq Müşfiq Bağırovun ölümündən bir neçə dəqiqə əvvəl yazdığı məktub üzə çıxıb.
Bu barədə jurnalist Anar Məmmədov məlumat yayıb. O bildirib ki, rayonun Xolmilli kəndindən olan Müşfiq Bağırov ilkin ehtimallara görə, məktubu ölümündən bir neçə dəqiqə əvvəl yazıb və sonra yarımtikiliyə gedərək özünü asıb. Üç səhifədən ibarət məktubunda ailə üzvlərinə vəsiyyət də edən həkim ölümündə tanışını günahlandıraraq onu intihara vadar etdiyini iddia edib: “Məni buna İbrahim (Teymurov) vadar etdi. Mən ancaq onun üçün işləyirdim. Moskvadan 980 000 manat pul vuruldu. Pullar İbrahimə çatdı. O isə pulları mənə çatdırmadı ki, camaata qaytarım. 320 min manat Aqşinə, 680 min manat isə Sadirə çatmalı idi. Axırda məni "Bandotdel" ilə hədələyirdi. Evlərimi əlimdən almaq istəyirdi”.
Məlumata görə, Müşfiq Bağırov məktubda ailə üzvlərinə vəsiyyət edəndən sonra intiharına görə anasından üzr istəyib.
Qeyd edək ki, bir müddət əvvəl M.Bağırovun ailəsi “Qafqazinfo”ya açıqlama verərək onun təhdid edildiyini bildirmişdi. Ailəsi Müşfiqin boynuna külli miqdarda pul qoyulduğunu və həmin vəsaiti ödəməyə məcbur edildiyini bildirib.
Digər məlumatlarda isə Müşfiq Bağırovun biznes fəaliyyəti də göstərdiyi və Rusiyaya xeyli miqdarda mal göndərdiyi, lakin malın pulunu geri ala bilmədiyi qeyd edilir.
Xatırladaq ki, Müşfiq Bağırov tanınmış həkim ailəsinin övladı olub. Onun atası Zaman Bağırov da uzun illərdir rayonda tibb sahəsində fəaliyyət göstərir.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda qeyd edilən faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq davam edir.
20:39 / 17 Oktyabr 2026
1
20:16 / 17 Oktyabr 2026
51
20:03 / 17 Oktyabr 2026
58
20:03 / 17 Oktyabr 2026
160
19:50 / 17 Oktyabr 2026
69
19:38 / 17 Oktyabr 2026
152
19:38 / 17 Oktyabr 2026
76
19:32 / 17 Oktyabr 2026
168
19:26 / 17 Oktyabr 2026
80
19:25 / 17 Oktyabr 2026
71
19:15 / 17 Oktyabr 2026
104
19:06 / 17 Oktyabr 2026
155
18:56 / 17 Oktyabr 2026
905
18:51 / 17 Oktyabr 2026
86
18:49 / 17 Oktyabr 2026
131
18:46 / 17 Oktyabr 2026
112
18:45 / 17 Oktyabr 2026
106
18:36 / 17 Oktyabr 2026
90
18:36 / 17 Oktyabr 2026
649
18:21 / 17 Oktyabr 2026
95
18:09 / 17 Oktyabr 2026
73
17:58 / 17 Oktyabr 2026
79
16:45 / 17 Oktyabr 2026
265
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.