Bərdə xəstəxanasında dəhşətli olay: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, hüquq-mühafizə orqanları hərəkətə keçdi
17 Oktyabr 2026, 18:45
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
315
02.11.2022, 15:47
Binəqədi RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin həyata keçirdiyi əməliyyat nəticəsində paytaxta qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitələrin satışını və paylanmasını təşkil edən daha bir nəfər saxlanılıb.
Oxu24.com DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Amil Sərhədov tutularaq istintaqa təqdim edilib.
Onun üzərinə və Yasamal rayonundakı evinə baxış zamanı ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növdən olan narkotik vasitə aşkar olunaraq götürülüb.
Amil Sərhədov ifadəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən narkotik vasitələrin Bakı şəhərində satışını və paylanmasını təşkil etdiyini bildirib.
O, əvvəlcədən təyin edilən ünvanlara narkotikləri çatdırmaq və ətrafdakı insanların diqqətini cəlb etməmək üçün kuryer görüntüsü yaradaraq mopeddən istifadə edirmiş.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Amil Sərhədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
21:18 / 17 Oktyabr 2026
30
20:39 / 17 Oktyabr 2026
56
20:39 / 17 Oktyabr 2026
84
20:16 / 17 Oktyabr 2026
72
20:03 / 17 Oktyabr 2026
81
20:03 / 17 Oktyabr 2026
451
19:50 / 17 Oktyabr 2026
77
19:38 / 17 Oktyabr 2026
186
19:38 / 17 Oktyabr 2026
91
19:32 / 17 Oktyabr 2026
244
19:26 / 17 Oktyabr 2026
94
19:25 / 17 Oktyabr 2026
73
19:15 / 17 Oktyabr 2026
127
19:06 / 17 Oktyabr 2026
181
18:56 / 17 Oktyabr 2026
1538
18:51 / 17 Oktyabr 2026
90
18:49 / 17 Oktyabr 2026
159
18:46 / 17 Oktyabr 2026
126
18:45 / 17 Oktyabr 2026
121
18:36 / 17 Oktyabr 2026
97
18:36 / 17 Oktyabr 2026
729
18:21 / 17 Oktyabr 2026
105
18:09 / 17 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.