Qaynar xətt:

(+99450) 247 90 86

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb

KRİMİNAL

288

02.11.2022, 12:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Heydər İbrahimov və Ədalət Rəsulov saxlanılıblar.

Həmin şəxslərdən 1 ədəd sənədsiz "İJ" markalı 12 çaplı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl dovşanı aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.