Xırdalanda 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - FOTO
17 Oktyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
422
27.10.2022, 19:17
Yardımlaşmaq, ehtiyacı olana əl tutmaq əlbəttə yaxşı bir haldır. Ancaq indi bəhs edəcəyimiz süjetdə yardım etmək adıyla insanların pulunu mənimsəyən şəxsdən danışacağıq . Hansı ki, 22 yaşlı qızın fotolarından istifadə edib, başqalarına yardım edirmiş kimi əslində özünə pul yığıb. Bütün bunları Şəkidə yaşayan bir qadın edib. Artıq onun kimliyi də məlumdur
"Facebook"da Lamiyə Qafarova, "İnstaqram" və "Tik-Tok" sosial şəbəkələrində isə Fidan Məmmədli adlı profillər açıb, yardım adı ilə pul topladılar. İnsanların inamından sui-istifadə etmək azmış kimi, onları təhqir etməkdən də çəkinmədilər...
Adlar müxtəlif olsa da, bütün profillərdə istifadə olunan fotolar eynidir və hər biri 22 yaşlı Fəridə Rəhimliyə məxsusdur. Bu gənc qız isə baş verənlərdən tam xəbərsiz olub.
44 günlük müharibə dönəmində xəstəxanalarda könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərən Fəridənin qazilərimiz ilə çox sayda fotoları var. Elə dələduz da özünü insanlara tibb bacısı kimi tanıdıb və qazilər ilə olan şəkillərdən daha çox istifadə edib.
Uzun araşdırmanın nəticəsi olaraq, həmin şəxsin kimliyi Rəhimovlar ailəsinə məlum olub. Özünü sosial şəbəkələrdə 24 yaşlı qız kimi tanıdan bu insan əslində Şəkinin Baş Göynük kənd sakini 35 yaşlı Fərqanə Qafarovadır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev "Xəzər Xəbər"ə bildirdi ki, qarşı tərəfdən üzr istəyən şəxs cinayət təqibindən yayınmaq üçün bu addımı atıb. Bütün hallarda polis tərəfindən qanunauyğun olaraq zəruri tədbirlər icra olunur. Daxil olan müraciət əsasında araşdırma aparılır. Təfərrüatlar isə araşdırmadan sonra məlum olacaq.
Ətraflı Xəzər TV-nin süjetində:
00:00 / 18 Oktyabr 2026
140
23:59 / 17 Oktyabr 2026
100
23:34 / 17 Oktyabr 2026
99
23:19 / 17 Oktyabr 2026
112
22:59 / 17 Oktyabr 2026
114
22:49 / 17 Oktyabr 2026
128
22:21 / 17 Oktyabr 2026
184
22:12 / 17 Oktyabr 2026
141
22:10 / 17 Oktyabr 2026
117
22:05 / 17 Oktyabr 2026
128
21:57 / 17 Oktyabr 2026
173
21:40 / 17 Oktyabr 2026
189
21:18 / 17 Oktyabr 2026
101
20:39 / 17 Oktyabr 2026
106
20:39 / 17 Oktyabr 2026
161
20:16 / 17 Oktyabr 2026
121
20:03 / 17 Oktyabr 2026
158
20:03 / 17 Oktyabr 2026
1890
19:50 / 17 Oktyabr 2026
115
19:38 / 17 Oktyabr 2026
333
19:38 / 17 Oktyabr 2026
157
19:32 / 17 Oktyabr 2026
1227
19:26 / 17 Oktyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.