Xırdalanda 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - FOTO
17 Oktyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
402
24.10.2022, 14:23
Sumqayıt şəhərində polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsino təşkil edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənOXU24.COM -a verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb. Əvvəllər məhkum olunmuş Xanlar İbayev, Teymur Məmmədov, İlham Mirzəyev və Ruqiyyə Əsgərova tutularaq isitntaqa təqdim ediliblər. Onlardan ümumilikdə 3 kiloqrama yaxın heroin və psixotrop tərkibli metadon həbləri aşkar olunub. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə əlaqə yaratdıqları naməlum şəxslərdən satmaq məqsədi ilə əldə etdikləri bildiriblər.
Qeyd edilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılan Ruqiyyə Əsgərovanın oğlu Pərviz Əsgərov da bir neçə ay bundan əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ruqiyyə Əsgərova da ötən ay narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün bir dəfə polislər tərəfindən tutulub. Amma onun qadın olması və yaşı nəzərə alınaraq barəsində məhkəmə tərəfindən həbs yox, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. Buna baxmayaraq, Ruqiyyə Əsgərova ona qarşı atılan bu humanist addımdan sui-istifadə edərək yenidən narkotiklərin qanunsuz dövriyyəsini təşkil edib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Ümumilikdə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən bu ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 453 fakt aşkar edilib. Nəticədə qanunsuz dövriyyədən 30 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, o cümlədən heroin, tiryək, marixuana və metamfetamin, eləcə də 290 ədəd psixotrop tərkibli həb çıxarılıb.
Sumqayıt şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
00:00 / 18 Oktyabr 2026
172
23:59 / 17 Oktyabr 2026
111
23:34 / 17 Oktyabr 2026
122
23:19 / 17 Oktyabr 2026
139
22:59 / 17 Oktyabr 2026
138
22:49 / 17 Oktyabr 2026
156
22:21 / 17 Oktyabr 2026
232
22:12 / 17 Oktyabr 2026
165
22:10 / 17 Oktyabr 2026
139
22:05 / 17 Oktyabr 2026
151
21:57 / 17 Oktyabr 2026
197
21:40 / 17 Oktyabr 2026
205
21:18 / 17 Oktyabr 2026
103
20:39 / 17 Oktyabr 2026
111
20:39 / 17 Oktyabr 2026
174
20:16 / 17 Oktyabr 2026
129
20:03 / 17 Oktyabr 2026
169
20:03 / 17 Oktyabr 2026
2023
19:50 / 17 Oktyabr 2026
119
19:38 / 17 Oktyabr 2026
354
19:38 / 17 Oktyabr 2026
167
19:32 / 17 Oktyabr 2026
1383
19:26 / 17 Oktyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.