Qaynar xətt:

(+99450) 247 90 86

Yaralanan 5 nəfərin kimliyi məlum olub

Yaralanan 5 nəfərin kimliyi məlum olub

KRİMİNAL

320

16.10.2022, 10:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəlilabadda qəzada yaralanan şəxslərin kimliyi məlum olub.

“Report”un Muğan bürosunun məlumatına görə, Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınan qəza nəticəsində 5 nəfər yaralanıb.

Bunlar Bakı şəhər sakinləri 2002-ci il təvəllüdlü K.Qasımov, 1999-cu il təvəllüdlü F.Cəfərov, Cəlilabad rayonu Göytəpə şəhər sakinləri 1988-ci il təvəllüdlü S.Müseyibova, 2012-ci il təvəllüdlü X.Müseyibova və 1975-ci il təvəllüdlü G.Vahabovadır.

Faktla bağlı araşdırma aparılır.