Qaynar xətt:

(+99450) 247 90 86

37 yaşlı qadın intim hislərinə qurban getdi

37 yaşlı qadın intim hislərinə qurban getdi

KRİMİNAL

620

12.10.2022, 19:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-da 37 yaşlı məktəb müəlliməsi yeniyetmə ilə cinsi əlaqədə olduğu üçün on il həbs cəzasına məhkum edilib.

Oxu24.com  bildirir ki, bu barədə "Naughty Teacher List" xəbər verib.

Texas ştatındakı Montgomeri dairəsinin "Oak Ridge High School" müəlliməsi Bonni Qess Mazok, yanvar ayında başlayan bir şagirdlə uyğun olmayan münasibətə görə məhkum edilib. İstintaqın məlumatına görə, polisə ilk olaraq zərərçəkənin nənəsi müraciət edib. Sonradan məlum olub ki, yeniyetmə əvvəlcə əmisi oğluna Mazokla cinsi əlaqədə olduğunu deyib.

Ətraflı

İstintaq zamanı əməliyyatçılar müəyyən edə biliblər ki, şagird qış tətilində bir neçə dəfə avtomobilində və evdə qadınla cinsi əlaqədə olub. "Ər onu evdə qane etmədi, ona görə də mən bununla məşğul oldum", - o deyib.

Polis öyrənib ki, müəllimə şagirdlə messencerdə yazışıb və ona çılpaq fotolarını göndərib. Bundan əlavə, onlar gələcək görüşlərini və narkotiklərin alınmasını müzakirə ediblər. Şagird dindirmə zamanı bildirib ki, Mazok ona nağd pul verib və o, hər ikisinin görüş zamanı istifadə etdiyi qanunsuz maddələr alıb.

Məhkəmə sənədlərinə görə, Bonni Qess Mazok 3 avqust 2021-ci ildə "Oak Ridge High School"-da işə başlayıb. Qadın on il cəzasını Texas ştatının həbsxanasında çəkəcək. Keçmiş müəllimənin vəkillərinin apelyasiya şikayəti verib-vermədiyi barədə məlumat verilməyib.