88 yaşlı qadının meyiti tapılıb
19 Oktyabr 2026, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
445
11.10.2022, 15:58
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, oğurluq əməlləri törətməkdə və qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən ümumulikdə 27 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb ediliblər.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən ardıcıl tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 23 nəfər tutulub. Onlardan ümumilikdə 7 kiloqramdan artıq müxtəlif adda narkotik tərkibli vasitələr aşkar edilərək götürülüb.
Həmçinin şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ötən dövrlərdən bağlı qalan oğurluq əməllərinin üstü açılıb və cinayət əməllərini törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Onların rayon ərazisində oğurluq edərək zərərçəkmiş şəxslərə 13 000 manatdan artıq ziyan vurduqları müəyyən edilib.
Bundan başqa, keçirilən tədbirlərlə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən 2 nəfər də müəyyən edilib. Onlardan 1 “Kalaşnikov” avtomatı və 30 ədəd gülləsi, 1 “Makarov” tapançası və 4 ədəd gülləsi, 1 qundağı və lüləyi kəsilmiş tüfəng və 6 ədəd gülləsi aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, məhkəmənin qərarları ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
22:25 / 19 Oktyabr 2026
54
22:22 / 19 Oktyabr 2026
51
22:11 / 19 Oktyabr 2026
63
22:06 / 19 Oktyabr 2026
88
21:37 / 19 Oktyabr 2026
77
21:30 / 19 Oktyabr 2026
448
21:25 / 19 Oktyabr 2026
98
21:14 / 19 Oktyabr 2026
86
21:02 / 19 Oktyabr 2026
125
20:39 / 19 Oktyabr 2026
116
20:25 / 19 Oktyabr 2026
77
20:11 / 19 Oktyabr 2026
104
20:08 / 19 Oktyabr 2026
88
19:59 / 19 Oktyabr 2026
96
19:48 / 19 Oktyabr 2026
92
19:35 / 19 Oktyabr 2026
140
19:24 / 19 Oktyabr 2026
123
19:15 / 19 Oktyabr 2026
120
19:11 / 19 Oktyabr 2026
191
19:04 / 19 Oktyabr 2026
101
18:58 / 19 Oktyabr 2026
82
18:50 / 19 Oktyabr 2026
102
18:49 / 19 Oktyabr 2026
255
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.