Qaynar xətt:

(+99450) 247 90 86

16 yaşlı gənc 49 yaşlı kişini bıçaqlayıb

16 yaşlı gənc 49 yaşlı kişini bıçaqlayıb

KRİMİNAL

290

28.09.2022, 11:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Salyanda küçədə 16 yaşlı gənc 49 yaşlı kişini bıçaqlayıb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 26-sı saat 21 radələrində Salyan şəhərinin Nazim Babayev küçəsində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Babayev Oktay Taleh oğlu aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 1973-cü il təvəllüdlü Kərimov Məxsud Adil oğlunu yaşadığı küçədə bıçaqla qəsdən 2 dəfə vuraraq ona bədən xəsarətləri yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.