Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda restoranda dicey bıçaqlandı - VİDEO

Bakıda restoranda dicey bıçaqlandı - VİDEO

KRİMİNAL

458

01.09.2022, 10:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müştəri və dicey arasında insident yaşanıb.
 

Hadisə Yasamal rayonunda baş verib. Belə ki, Müzəffər Həsənov küçəsində yerləşən iaşə obyektində bıçaqlanma faktı qeydə alınıb. Restoranda dcey kimi fəaliyyət göstərən Elşən Babayev müştəri tərəfindən sifariş alıb. Həmin sifarişi yerinə yetirilməyincə tərəflər arasında mübahisə düşüb. APA-nın çəkiliş qrupu hadisə yerinə yollanıb.

 Kafeni işlədən xanımlar müsahibə verməkdən imtina edib. Lakin şifahi olaraq bildiriblər ki, Elşən müştəri tərəfindən bıçaqlanıb. Hazırda o xəstəxanadadır. Daha sonra onlar çəkiliş qrupumuzu ərazidən uzaqlaşdırmağa çalışıblar.
Fakt üzrə Yasamal Rayon polis İdarəsinin 29 cu polis bölməsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb. Bir nəfər şübhəli şəxs qismində saxlanılıb.