Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73166
az

Xadimə paltarı geyinib xəstələrin qiymətli əşyalarını oğurladı -

19:1424 Avqust, 2022
176
  • A

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında oğurluq etdiyi bildirilən qadının görüntüləri yayılıb.

OXU24.COM  “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə şəhərdə Travmatologiya Xəstəxanası kimi tanınan xəstəxanada özünü sanitar kimi təqdim edən qadının həkim otaqlarından xeyli pul, qızıl və sair əşyalar oğurladığı qeyd edilib.

Belə ki, ağzını maska ilə örtmüş, eynək taxmış qadın xadimə geyimində özünü xəstəxana əməkdaşı kimi göstərib və otaqları bir-bir gəzərək əlinə keçən qiymətli əşyaları oğurlayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, hazırda yayılmış görüntülərlə bağlı Sumqayıt ŞPİ-də araşdırma aparılır: “Hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı