Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7310
az

Bakıda ŞOK olay: Qadın ərindən polisə zorlanma iddiası ilə şikayət etdi

16:5822 Noyabr, 2018
968
KRİMİNAL
  • A
 Ögey anadan ağlasığmaz iddia: Atası azyaşlı qızını qeyri-ənənəvi üsullarla zorlayıb

Bakıda uşaq valideynlər arasında baş verən münaqişədə alət kimi istifadə edilib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bakının Binəqədi qəsəbəsində baş vermiş hadisənin sübuta yetirilməsi sözün həqiqi mənasında insanlığın ölməsinin son həddi hesab oluna bilər. Belə ki, noyabrın 18-də Binəqədi rayonunun 30 yaşlı sakini Sənəm (etik baxımdan adamın öz adını yazmırıq-red.) 4 saylı polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. O, əri Sadiqin 12 yaşlı qızlarını qeyri-ənənəvi üsullarla zorladığını iddia edib.

Azyaşlı uşağın zorlanması çox ciddi faktdır və hüquq-mühafizə orqanlarının əməkdaşları adətən bu qəbildən olan şikayətlərin ciddi surətdə araşdırılması, cinayəti törətmiş cinayətkarın məsuliyyətə cəlb olunması və cəzalandırılmasında prinsipiallıq nümayiş etdirirlər. Digər tərəfdən düşüncəli insanın ağlına belə yerləşmir ki, ana necə övladından öz şəxsi maraqları üçün belə qəddarcasına istifadə edə bilər.

Lakin məlum olub ki, bəzi qadınlar bunu etməyə qadirdirlər.

İlkin araşdırma zamanı Binəqədi sakini olan qadının yalan danışdığı üzə çıxıb. Ərindən intiqam almaq istəyərkən, qadın onu öz qızını zorlamaqda ittiham edib. Məhkəmə-tibbi ekspertizanın gəldiyi ilkin qənaətə görə, qızın zorlanması barədə iddia həqiqəti əks etdirmir. Uşağın bədənində hər hansı zormala əlaməti aşkarlanmayıb.

O da məlum olub ki, qadın sözügedən qız uşağının ögey anasıdır. Uşağın doğma anası ayrı yaşayır. Hazırda hüquq-mühafizə orqanları ər və arvad arasındakı münaqişənin səbəblərini aydınlaşdırmağa çalışır.

Bu tarixçənin ən iyrənc tərəfi isə şikayətçi qadının öz maraqlarına azyaşlı uşağı alət etməsidir. Qadın bu iddianı irəli sürərkən balaca qızın psixikasını zədələdiyinin və ona bərpaolunmaz travma vurduğunun fərqində belə olmayıb.





Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb