Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73
az

Süpürgəçi qadının ölümü ilə bağlı cinayət işi açıldı

13:5329 Mart, 2018
1742
KRİMİNAL
  • A
Martın 27-də saat 18 radələrində 1982-ci il təvəllüdlü Musayev Zaur Komissar oğlu etibarnamə olmadan idarə etdiyi 60-ZA-135 dövlət qeydiyyat nişanlı qoşqusu olan “Kamaz” markalı, 60-BX-765 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə paytaxtın Sabunçu rayonu ərazisində hərəkətdə olarkən qoşqunun arxa dəmir qapısı açılaraq yolun sağ tərəfində təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Salahova Cəmilə İsmayıl qızına dəyib, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi