Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72969
az

Goranboyda ŞOK OLAY - Gənc oğlan 9 illik sevglisini qaçırdı və təcavüz etdi

19:5911 Avqust, 2022
283
KRİMİNAL
  • A

Bu zaman Aygünün ağlamasından narahat olan Təranə işdə olan əri Səmədə məlumat verib. Səməd işdən gəlib və onları evindən qovub. Daha sonra Xəyal Aygünü digər qohumunun fərdi yaşayış evinin həyətində yeni tikilmiş evə apararaq orada saxlayıb.  

Bundan sonra Xəyal Aygünün onunla evlənməsinə razı olmayacağını görüb. O, Aygünlə cinsi əlaqədə olduğu təqdirdə çıxılmaz vəziyyətdə qalaraq razılaşacağını düşünüb və onunla zorla cinsi əlaqəyə girib. 

İstintaq orqanı tərəfindən Xəyalın barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu), 29,149.1-ci (zorlamaya cəhd) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan edilib.  

Taksi sürücüsü Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə ititham verilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xəyal bildirib ki, Aygünü 9 ildir sevib. Onun sözlərinə görə, ata-anası dəfələrlə Aygünə elçi getsələr də, onlara yox cavabı verilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyal 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  

Digər təqsirləndirilən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona ona 3 il sınaq müddəti olmaqla 8 il şərti cəza verilib.  

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO