Həmin davaya görə tanınmış idmançı HƏBS EDİLDİ - FOTO
24 Oktyabr 2026, 18:02
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
382
29.07.2022, 19:07
Bakının Xəzər rayonunda 1995-ci il təvəllüdlü Babək tanışı Valehə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Şüvəlan qəsəbəsində baş verib. Babək yeni tikilməkdə olan evin həyətində iş yoldaşı Valehlə mübahisə edib.
Sonda mübahisə dava ilə nəticələnib. Babək yumruqla Valehin baş nahiyyəsinə vurub. Valeh aldığı zərbədən xəsarət alıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Babək ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, təxminən 5 ay müddətdir Valehi tanıyır: “Biz birgə Şüvalan qəsəbəsində yerləşən yeni tikili evdə fəhlə işləyirik.
Hadisə günü, saat təxminən 18 radələrində işlədiyim Şüvalan qəsəbəsində yerləşən yeni tikili evin həyətində iş yoldaşım Valeh ünvanıma nalayiq söyüşlər söyərək təhqir etdi. Bundan əsəbləşdim. Aramızda baş vermiş mübahisə zəminində Valehi yumruqla sifət nahiyəsindən vuraraq ona xəsarət yetirdim”.
Cinayət işi üzrə zərərçəkmiş Valehin sözlərinə görə, hadisə zamanı Babək onunla zarafat etməyə başlayıb: “Bu zaman Babək ünvanıma nalayiq söyüşlər söyərək, məni təhqir etdi. Mən də ona cavab verdim. Buna görə aramızda mübahisə baş verdi. Yeni tikili evin həyətində yumruqla sifət nahiyəmə vurdu. Polis şöbəsinə gedətək Babəkdən şikayət etdim”.
Xəzər rayon Məhkəməsinin hökmü ilə Babək qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 4 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
19:09 / 24 Oktyabr 2026
5
18:55 / 24 Oktyabr 2026
36
18:40 / 24 Oktyabr 2026
65
18:27 / 24 Oktyabr 2026
70
18:20 / 24 Oktyabr 2026
97
18:13 / 24 Oktyabr 2026
86
18:07 / 24 Oktyabr 2026
71
18:02 / 24 Oktyabr 2026
360
17:59 / 24 Oktyabr 2026
75
17:59 / 24 Oktyabr 2026
298
17:38 / 24 Oktyabr 2026
1566
17:27 / 24 Oktyabr 2026
504
17:19 / 24 Oktyabr 2026
231
16:25 / 24 Oktyabr 2026
78
15:22 / 24 Oktyabr 2026
148
15:00 / 24 Oktyabr 2026
109
14:55 / 24 Oktyabr 2026
101
14:35 / 24 Oktyabr 2026
91
14:30 / 24 Oktyabr 2026
93
14:22 / 24 Oktyabr 2026
233
14:19 / 24 Oktyabr 2026
107
14:15 / 24 Oktyabr 2026
97
14:08 / 24 Oktyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.