Qaynar xətt:

(+99450) 247 90 86

Hacıqabul sakinini bıçaqlayan şəxs saxlanıldı

Hacıqabul sakinini bıçaqlayan şəxs saxlanıldı

KRİMİNAL

393

24.07.2022, 18:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İyulun 23-də gecə saatlarında Hacıqabul rayon sakini Vüsal Məmmədovun sinə nahiyəsinə bıçaqla yetirilmiş xəsarət ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Hacıqabul Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirməkdə şübhəli bilinən İlkin Məmmədov saxlanılıb.


O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Məmmədova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.