Qaynar xətt:

(+99450) 247 90 86

Bərdədə ağır qəza: İki polis yaralandı, ölən var - VİDEO

Bərdədə ağır qəza: İki polis yaralandı, ölən var - VİDEO

KRİMİNAL

485

21.07.2022, 20:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, hadisə Yevlax-Ağdam magistral avtomobil yolunun Bərdə rayon Şirvanlı kəndi ərazisində qeydə alınıb. "Toyota", "NİVA" və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, altı nəfər xəsarət alıb.

Həlak olan şəxs Bərdə rayon Əmirli kənd sakini, 1986-cı il təvəllüdlü Eyvazova Şəhla Dadaş qızıdır.

Müxtəlif bədən xəsarətləri alan Həziyev Əhəd Mehbalı oğlu, Zeynalova Afaq Mehbalı qızı, Həziyeva Mülayim Məmiş qızı, Dadaşov Ələmdar Məhərrəm oğlu, Cəlalov Sədi Cəlal oğlu, Hüseynov Kənan Həsən oğlu Bərdə Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, Sədi Cəlalov və Ələmdar Dadaşov polis əməkdaşlarıdır.