Soçidə bir kişi şəhərin ticarət mərkəzinin uşaq otağına girərək üç yaşlı qıza sataşmağa başlayıb.
OXU24.COM bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsi öz Telegram kanalında məlumat yayıb.
İyulun 16-da bir kişi oyun otağında olan uşağa yaxınlaşaraq onun dodaqlarından bir neçə dəfə öpüb. Rusun hərəkətləri videoya düşüb - uşaq otağının içərisinə kameralar quraşdırılıb. Görüntülər VKontakte sosial şəbəkəsində "ÇP Soçi" qrupunda yayımlanıb.
Zərərçəkənin anası polisə müraciət edib. İyulun 17-də şübhəli şəxs həbs edilib. Onun 35 yaşlı Belqorod sakini olduğu ortaya çıxıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR