Qaynar xətt:

(+99450) 247 90 86

Şabranda ağır qəza: Ölənlərin sayı 3-ə çatdı

Şabranda ağır qəza: Ölənlərin sayı 3-ə çatdı

KRİMİNAL

463

06.07.2022, 18:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
 
 
Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
 
OXU24.COM Report.az-a istinadən xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Şabran rayonu Gəndob kəndindən keçən hissəsində baş verib.
 
Belə ki, VAZ-2107 və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Yaralı və ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Hadisənin təfərrüatı araşdırılır.
 
***
 
Şabranda avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb.
 
Ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin şəxsiyyəti məlum olub.
 
Bunlar, 1957 -ci il təvəllüdlü Nazim Məhəmməd oğlu Səlimov, 1961 -ci il təvəllüdlü Zülfət Seyfulla Səlimova qızı və 1986 -cı il təvəllüdlü Aydın Əlif oğlu Məmmədovdur.
 
Faktla bağlı araşdırmalara başlanılıb.