Qaynar xətt:

(+99450) 247 90 86

Yevlaxda əməliyyat zamanı polisə xəsarət yetirilib

Yevlaxda əməliyyat zamanı polisə xəsarət yetirilib

KRİMİNAL

347

30.06.2022, 09:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Yevlaxda əməliyyat zamanı polisə xəsarət yetirilib.
DİN-in Mətbuat Xidmətindən Oxu24.com-a bildirilib ki, Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər. Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov saxlanılarkən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. Ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.