Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71393
az

"Xalidə Kəngərli və uşaqları evdən ayrılıbmış - Həkimin ölümünün şok detalları

22:0129 İyun, 2022
4170
KRİMİNAL
  • A

Xəbər verdiyimiz kimi, tanınmış həkim Xalidə Kəngərlinin intiharı ilə bağlı bir sıra müəmmalı məqamlar var.

Belə ki, bəzi media qurumlarında və sosial şəbəkələrdə həkimin həyat yoldaşı ilə problemləri olduğu, hətta ərinin psixoloji xəstə olduğu iddia edilir.

Oxu24.com  xəbər verir ki, “Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün mərhumun qardaşı ilə əlaqə saxlayıb. Qardaşı Elçin Vəliyev açıqlamasında bildirib ki, bacısının ərinin psixoloji problemləri olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir: “Bu, tamamilə şayiədir. Psixoloji problemi olan biri necə Dövlət Gömrük Komitəsində vəzifə tuta bilər? Bu, ən pis halda intihar həddinə çatdırmadır. Ən yaxşı halda isə öldürülüb sonradan atılmadır. Hər şey istintaqdan və ekspertizadan sonra üzə çıxacaq. Biz bilirik ki, Xalidənin üzərində xəsarətlər olub. Sadəcə rəsmi nəticəni gözləmək lazımdır”.

E.Vəliyevin sözlərinə görə, Xalidə Kəngərli boşanma ərəfəsində imiş: “Ailənin münaqişəsi var idi, boşanma ərəfəsində idilər. Xalidəyə qarşı şəxsi və ailəvi təzyiqlər olurdu. Ailədə münaqişənin və təzyiqlərin olduğunu təsdiq edən foto və videofaktlar istintaqa təqdim olunacaq. Həyat yoldaşı Xalidəyə qarşı fiziki zorakılıq tətbiq edib. Rəsmi ekspertizanın rəyi gələndən sonra ətraflı açıqlama verəcəyik”.

Qardaşı bildirir ki, bir ay əvvəl Xalidə Kəngərli və uşaqları evdən ayrılıbmış. Buna səbəb evdəki söz-söhbətlərin dözülməz həddə çatması olub. Lakin sonradan ər-arvad barışıb və Xalidə Kəngərli evə qayıdıb.

Qeyd edək ki, X.Kəngərlinin həyat yoldaşı Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun adı Rüfət Kəngərlidir. 15 ilə yaxındır Bakı Baş Gömrük İdarəsində çalışan R.Kəngərlinin rütbəsi gömrük mayoru, vəzifəsinin isə gömrük inspektoru olduğu bildirilir.

Erməni şair onun haqqında kitab buraxdı - Əri Elnarə Abdullayevanı niyə döyüb? - Xanəndə haqda bilmədikləriniz

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
Dələduzluq edən paytaxt sakini həbs edilib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR